Qadin.NET / Beynimizin düşməni

Beynimizin düşməni

 

Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onların tərkibində şəkərləşmə (qeyri-fermentativ qlikozilizasiya) məhsulları çox olur. Belə birləşmələr isə degenerativ xəstəliklərin ağırlaşmasına səbəb olur. Qlikizasiya və ya qeyri-fermentativ qlikozilizasiya Mayyar reaksiyasıdır, orqanizmdəki zülalların iştirakı ilə yaranır. Bu prosesdə qandakı, yaxud hüceyrədəki bərpaedici (açıq) şəkər (qlükoza, fruktoza və s.) və zülalların aminqrupu (lizin və ya N-sonluqlu aminqruplar) arasında Amadori, yaxud fruktozamin maddəsi əmələ gəlir. Orqanizmdə artıq belə birləşmələr var, ancaq çox az. Termik emala məruz qalmış ərzaq isə onların sayını artırır.Bunu alimlər gəmiricilərin üzərində təcrübədən keçiriblər. Onların rasionuna çoxlu piy, ət, "boş" karbohidratlar daxil edib, dəniz məhsullarının, dənli bitkilərin, tərəvəz və meyvənin miqdarını azaldıblar. Nəticədə bu rasion Alsheymer xəstəliyinin yaranmasına gətirib çıxarıb. Eyni zamanda gəmiricilərin beynində qlikizasiya birləşmələri artıb. Bu, qanda və beyin hüceyrələrində SİRT1 birləşməsinin azalmasına gətirib çıxarıb. SİRT1 neyronları, orqanizmin endokrin və immun sistemlərini tənzimləyir.  Metabolizm pozulduqda (diabetdə) və neyrodegenerativ xəstəlikdə SİRT1-in miqdarı çox az olur. Alsheymer xəstəliyindən savayı, gəmiricilərdə diabet və ürək xəstəliklərinin artma riski böyüyüb. Qlikizasiya məhsullarının insanlara təsiri də 9 ay müddətində öyrənilib. 60 yaşından yuxarı sağlam insanlarda bu, oxşar nəticələr verib. Odur ki, ərzağı həkimlər ya qaynatmağı, ya aşağı temperaturda hazırlamağı, ya da mümkün qədər çiy yeməyi tövsiyyə edirlər. 

Mənbə: Milli.Az

3 mart 2014
GO BACK