Qadin.NET / Yeni sanksiyalar: hədəf Rusiya

Yeni sanksiyalar: hədəf Rusiya

 

ABŞ Rusiyaya qarşı sanksiyalar düşünür.ABŞ-ın dövlət katibi Con Kerri Rusiyanın Ukraynadakı hadisələrə müdaxiləsini pisləyib. Milli.Az İnterfax-a istinadən bildirir ki, Kerri jurnalistlərlə söhbətində Moskvanın hərəkətlərini "inanılmaz təcavüzkarlıq aktı" hesab etdiyini deyib. Onun rəyincə, Rusiya hökuməti qonşu dövlətin ərazisində hərbçilərini hərəkətə gətirməklə "çaşdırıcı və şüurlu seçim" edib. Kerri bildirib ki, bir sıra xarici həmkarlarıyla Ukraynadakı hadisələri müzakirə edib və onlar bu məsələdə Rusiyanın izolyasiyasını təmin etməkdə hazır olduqlarını bildiriblər. "O, həmçinin viza məhdudiyyətləri, aktivlərin dondurulması və investisiyaların məhdudlaşdırılması məsələlərini də müzakirə edib", - Associated Press agentliyi bildirir. 

Mənbə: Milli.Az

3 mart 2014
GO BACK