Mütəxəssislər damaq xəstəlikləri yaradan Porphyromonas gingivalis bakteriyası ilə revmatoid artriti arasında əlaqəni ortaya çıxarıblar. Üstəlik, bakteriyalar artritin daha da inkişaf edərək ağır simtpomların meydana gəlməsinə səbəb olurlar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu bakteriyalar müəyyən zülallarla reaksiyaya girən peptidilarginindeimidaza enzimi (PAD) əmələ gətirir. Nəticədə orqanizm həmin zülalları patogen element sayır, bu isə immun hücuma səbəb olur. Luisvil Universitetinin alimlərinin dediyinə görə isə məhz bu, xəstənin sümük və qığırdaqlarını məhv edən artritin yaranmasına səbəb olur. Əvvəlki tədqiqatlar da göstərmişdi ki, revmatoid artritinə yoluxmuş insanlarda damaq xəstəliklərinə iki dəfə çox rast gəlinir. PAD enzimi zülalları dəyişərək onları sitrullin turşusuna çevirir. Onu isə immun sistemi zərərli agent hesab edir. Odur ki, dişləri vaxtında və düzgün təmizləmək lazımdır.
Mənbə: Milli.Az