Qadin.NET / Günün ən xoşbəxt anı

Günün ən xoşbəxt anı

 

Kornel Universitetinin əməkdaşları dünyanın 84 ölkəsindən olan yarım milyon insanın mikrobloqunu tədqiq ediblər. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, onlar belə nəticəyə gəliblər ki, insanlar üçün günün ən xoşbəxt anları səhər çağı olur. Yəni xoşbəxtlik və sevinc saçan yazıların əksəriyyəti məhz səhər çağı yazılıb. Alimlər bunu belə izah edirlər: gecə vaxtı insan orqanizmi ötən gün "qazandığı" gərginlikdən azad olmağa çalışır, bərpa olur. Axşama doğru isə mənfi emosiyalar toplandığından əhval yenə də pisləşir.  Amma bir şey də var ki, adamlar "bayquşlara" və "torağaylara" bölünürlər. Əgər "bayquşsunuzsa", yəni gündüzlər yatıb, gecələr işləyirsinizsə, o zaman sizin üçün sutkanın ən xoş vaxtının səhər olduğunu demək düzgün olmaz. Psixoloqlar hesab edirlər ki, zəngli saat gözünüzün düşməni olmasın deyə vaxtında yatmaq lazımdır. O zaman şərait xeyli dəyişir. Axşamın bərbad keçməməsi üçün isə arada işlərdən ayrılıb istirahət etmək, 5-15 dəqiqəni çay, yaxud qəhvə içməyə, sizə xoş olanlarla söhbət etməyə, yaxud da sakitcə oturub meditasiya etməyə ayırın. Bəs sizin üçün günün ən xoşbəxt vaxtı hansıdır, səhər, yoxsa axşam? 

Mənbə: Milli.Az

3 mart 2014
GO BACK