ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı ölkəsinin “Böyük Səkkizlik” sammitində iştiraka hazırlığının dayandırıldığını bildirib.APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb. “Əgər Rusiya beynəlxalq hüququ pozmağa davam edərsə, bu, ölkənin siyasi və iqtisadi təcrid olunmasına gətirib çıxaracaq”, - deyə Ağ Ev bəyan edib.
Mənbə: Milli.Az