Qadin.NET / Peyğəmbərin həyat yoldaşı Aişə harada dəfn olunub?

Peyğəmbərin həyat yoldaşı Aişə harada dəfn olunub?

 

Milli.Az İslam.az-a istinadən bildirir ki, ümmül-möminin Aişə hicri 58-ci il ramazan ayının 17-də (miladi 678-ci ildə) təqribən 66 yaşında ikən Mədinədə vəfat etmiş, cənazə namazını Əbu Hüreyrə qılmış, Bəqi qəbristanlığında dəfn olunmuşdur.Bəzi məlumatlara görə, xanım Aişənin ömrünün sonlarına yaxın Müaviyə ilə münasibətləri korlanıbmış. Bunun səbəbini bir qardaşı Mühəmmədin Misirdə Əmr ibn As tərəfindən qətl edilməsi, o biri qardaşı Əbdürrəhmanın isə şübhəli şəkildə vəfat etməsi ilə izah edirlər. (Bu işlərdə Müaviyənin əli olduğu ehtimal edilirdi). Əsas narazılıq isə guya Yezidin vəliəhdliyinə xanım Aişənin etirazı ilə bağlı olmuşdur. Müaviyə guya xanım Aişəni bir çuxura atdırıb orada ac-susuz saxlayaraq öldürür. Bu məlumat bəzi mənbələrdə (hətta Seyyid ibn Tavusun “Təraif” kitabında) mövcud olsa da, o qədər də etibarlı sayılmır və daha sağlam rəvayətlər ümmül-möminin Aişənin öz əcəli ilə vəfat etdiyini xəbər verir.
Mənbə: Milli.Az
1 mart 2014
GO BACK