Google tərtibatçılara daha iki ay vaxt verib ki, onlar Chrome brauzeri üçün yaratdıqları genişlənmələri Chrome onlayn mağazasında qeydiyyatdan keçirsinlər, əks halda brauzer üçün qeyri-rəsmi genişlənmələr başlanğıc ayar kimi bloklanacaq və işləməyəcək. Xatırladaq ki, bundan əvvəl Google-dan bildirilib ki, brauzer üçün zərərli genişlənmələrin yaradılması hadisələri artıb, buna görə şirkət istifadəçilərin qorunması üçün təbir görməlidir.Milli.Az ICTnews-a istinadən bildirir ki, Google Chrome brauzerinin mühəndislik direktoru Erik Key deyib ki, ilk öncə yeni siyasəti apreldə işə salmaq planlaşdırılıb, lakin bir çox tərtibatçılar əlavə vaxt tələb ediblər və Google razılaşıb.
Mənbə: Milli.Az