Qadin.NET / Təhlükəli virus yayılır

Təhlükəli virus yayılır

 

ESET beynəlxalq antivirus şirkəti Bitcoin virtual valyutasının oğurlanması üçün hazırlanan yeni troyan proqramının yaradılması barədə xəbərdarlıq edib.Şirkətin mətbuat xidmətindən verilən məlumata görə, bu proqrama əsasən Mac OS X əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlər yoluxa bilər.Milli.Az ICTnews-a istinadən bildirir ki, virus laboratoriyasının ekspertləri troyanı populyar fayl mübadiləsi proqramlarında müdaxilə edilmiş əlavələr, o cümlədən məşhur Angry Birds oyunu, mətnli və qrafik redaktorlar şəklində aşkar ediblər. Yoluxmadan sonra troyan fərdi məlumatların oğurlanması üçün zərərli komponentləri quraşdırır.Troyan yaradıcıları Bitcoinlərin populyarlığından və valyutaların məzənnə mübadiləsindən istifadə edərək virtual valyuta istifadəçilərinin elektron hesablarını əvvəlcədən boşaldaraq varlanmağa çalışırlar, - informasiya təhlükəsizliyi üzrə ekspert Qrem Kluli bildirib.
ESET ekspertləri kompüterləri müasir antivirus proqram təminatı ilə qorumağı və pirat kontenti yükləməkdən çəkinməyi məsləhət görürlər. 
Bitcoin dünyanın heç bir ölkəsinə məxsus deyil və mərkəzləşdirilmiş server olmadan müstəsna olaraq müəyyən proqram təminatı istifadəçiləri arasında dövr edir. Odur ki, rəqəmli pullardan istifadə edilərək həyata keçirilən bütün tranzaksiyalar sadəcə anonim şəklində olur.
Mənbə: Milli.Az

 

1 mart 2014
GO BACK