Qadin.NET / Martın ilk günü necə təsir edir?

Martın ilk günü necə təsir edir?

 

Bu gün yazın ilk günü olduğunu deyirlər. Baxmayaraq ki, yaz fəsli martın 22-də ölkəmizə daxil olur, insanlar tələsdiklərindən martın 1-ci gününü artıq bahar kimi qəbul etmək istəyirlər. 

Çoxdan təsdiq olunub ki, yazda insanlar fərqli olurlar. Yazda daha həvəslə işləyirik, əhvalımız daha yaxşı olur. Hərdən narahatlıqlar da olur. Axı yaz gələndə təbiətin oyanması ilə yanaşı, yatmış xroniki xəstəliklərimiz də oyanır. Bununla belə, yaz çox adam üçün ilin ən yaxşı fəslidir. Milli.Az xəbər verir ki, Day.Az saytı qeyd olunan məsələ ilə bağlı tanınmış bəstəkarNadir Əzimovun fikirlərini öyrənib. Sən demə, bəstəkar üçün də bahar ilin ən yaxşı fəslidir. 
"Yaz mənə mükəmməl təsir göstərir. Həm sağlamlıq cəhətdən, həm də ki, əhval-ruhiyyə cəhətdən. Qış naxoşluğu yoxa çıxır, bütün soyuqdəymə, qrip, boğaz ağrısı kimi xəstəliklər geridə qalır. Bahar təbii dopinq kimidir. Bu fəslin gəlməsi ilə özünü daha güclü, daha gümrah hiss edirsən. Yaradıcı insanlar üçün bu, həm də bir stimuldur. Bahar günəşi altında mən bütün yaradıcı və fiziki gücüm bərpa olur. Yatmış fikirlər yenidən oyanır. Ümumiyyətlə, bahar ruhun bayramı, bədənin isə balzamıdır", - Nadir Əzimov vurğulayıb. 
Mənbə: Milli.Az

 

1 mart 2014
GO BACK