Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.Temperatur gecə 0-5°, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 5-10° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağıntı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperatur gecə 2-6° şaxta, gündüz 0-5° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarındaarabir yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntı olacağı, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 2-7° şaxta, yüksək dağlıq ərazilərdə 7-12° şaxta, gündüz 0-3° şaxta olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağıntı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.Temperatur gecə 0-5°, gündüz 7-12° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Temperatur gecə 3-5°, gündüz 6-11° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 2-4° isti olacaqdır.
Mənbə: Milli.Az