Qadin.NET / Windows-da boşluqlar sürətlə artır

Windows-da boşluqlar sürətlə artır

 

İnformasiya təhlükəsizliyi sahəsində tədqiqatlarla məşğul olan Secunia analitik şirkəti Windows 7 və XP əməliyyat sistemlərində aşkar edilmiş boşluqların sayının artması haqqında məlumat verib.

 

Milli.Az ICTnews-a istinadən bildirir ki, mütəxəssislərin məlumatına görə, 2013-cü ildə Windows 7 sistemində 102, Windows XP sistemində 99 boşluq aşkar edilib. Bir il bundan əvvəl aşkar edilmiş boşluqların sayı müvafiq olaraq 50 və 49 təşkil edib.
Lakin Microsoftun əməliyyat sistemləri Windows 8 sistemi aşkar edilmiş boşluqların sayına (156) görə birinci olub. Bu halda tədqiqatda bildirilib ki, Windows 8 platformasında aşkar edilmiş problemlərdən 55-i Internet Explorer brauzerinə inteqrasiya edilmiş Adobe Flash Player plaqini ilə bağlıdır.
Proqramçıların problemləri mümkün qədər tez aradan qaldırmağa çalışması ekspertlərin diqqətindən yayınmayıb. Ötən il ən populyar proqram məhsullarının 50-də boşluqların 86 faizi aşkar edildiyi gün aradan qaldırılıb.
Mənbə: Milli.Az

 

1 fevral 2014
GO BACK