Qadin.NET / WhatsApp istifadəçiləri - ehtiyatlı olun

WhatsApp istifadəçiləri - ehtiyatlı olun

 

Dünyanın ən böyük sosial şəbəkəsi Facebook-un WhatsApp messencerini 19 milyard dollara satın almasından sonra bu proqramın populyarlığından hakerlər də istifadə etmək qərarına gəliblər.Milli.Az Gizmodo-ya istinadən bildirir ki, bu gün səhər saatlarından etibarən WhatsApp istifadəçilərə saxta təkliflərin yer aldığı mesajlar və elektron məktublar gəlməyə başlayıb.
Həmin məktublarla mesajların məzmunu belədir: "WhatsApp proqramının kompüterlər üçün versiyası artıq hazırdır! Kompüterlərinizə
yükləyə bilərsiniz!"
Kompüter təhlükəsizliyi sahəsində ixtisaslaşmış məşhur Trend Micro-nun analitiklərinin dediklərinə görə, həmin məktublarda "WhatsApp-ın Windows və MacOS əməliyyat sistemləri üçün variantlarının istifadəyə verildiyi" vurğulanır: "Belə məktublarla mesajlara inanmayın, orada göstərilən ünvanları klikləməyin. Hakerlərin məqsədi smartfon və kompüterlərinizə virus yoluxduraraq məlumatlarınızı, fayllardakı informasiyaları, smartfonlardakı adları, telefon nömrələrini və məxfi bilgiləri oğurlamaqdır".
Trend Micro Smart Protection Network bildirir ki, hazırda haker hücumlarının 80 faizi Braziliyadan gerçəkləşdirilir.
Bununla bağlı olaraq ekspertlər məsləhət görürlər:
- Şübhələndiyiniz məktub və ya mesaj aldığınız təqdirdə orada göstərilən ünvana klikləməyin
- WhatsApp-ın Windows və MacOS əməliyyat sistemləri ilə çalışan kompüterlər, noutbuklar üçün versiyaları yoxdur
- Aldığınız mesaj və məktubları antivirus proqramı vasitəsilə yoxlayın.
Mənbə: Milli.Az

 

1 fevral 2014
GO BACK