Təhsil Nazirliyi Azərbaycana tələbə köçürmək istəyən xarici ölkə universitetlərinin hansı beynəlxalq təşkilatların reytinq siyahısında yer tutmasının vacib olduğunu açıqlayıb.Trend xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi "facebook" səhifəsində izləyicilərin sualları cavablandırılarkən bildirilib ki, xarici universitetlərdən Azərbaycanın ali təhsil müəssisələrinə köçürülmə zamanı həmin məktəblər bır sıra təşkilatların reytinqində yer almalıdırlar.Həmin təşkilatlar "Times Higher Education World University Rankings" (http://www.timeshighereducation.co.uk/.../world-ranking, Quacquarelli Symonds - QS World University Rankings (http://www.topuniversities.com/university-rankings), "Academic Ranking of World Universities - Shanghai Ranking" (http://www.shanghairanking.com/ARWU2013.html) və "World University Rankings 2013-2014 - Times Higher Education"dır (www.timeshighereducation.co.uk).Xarici ölkənin ali təhsil müəssisələrindən köçürülmə məsələsinə baxılarkən tələbənin təhsil aldığı ali təhsil müəssisəsinin dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer alması, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda, tələbənin topladığı balın həmin ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmaması və tələbənin akademik göstəriciləri nəzərə alınır.Akkreditə olunmayan xarici ölkə ali təhsil müəssisələrinin tələbələrinin Azərbaycanın ali təhsil müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına yol verilmir.Təhsil Nazirliyinin 14.02.2014-cü il tarixli 194 nömrəli əmri ilə təsdiq edilmiş "Ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alanların köçürülməsi, xaric edilməsi, bərpa olunması və akademik məzuniyyət götürülməsinə dair müvəqqəti Qaydalar"a görə ali təhsilin bakalavriat səviyyəsində tələbələrin ixtisasını və (və ya) təhsilalma formasını dəyişməsi, bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr başa çatdıqdan sonra həyata keçirilir.
Mənbə: Milli.Az