Qadin.NET / Bakı sakinlərini iki möhtəşəm yenilik gözləyir

Bakı sakinlərini iki möhtəşəm yenilik gözləyir

 

Azərbaycanın şəhəralma və memarlıq üzrə dövlət komitəsi Bakıda tramvayların bərpa olunması üzrə beş variantı nəzərdən keçirir. Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "Novosti Azərbaycan" agentliyinə Şəhəralma və memarlıq üzrə dövlət komitəsinin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev bildirib. Bakıda ənənəvi nəqliyyat növü olan tramvayların bərpa olunması nəzərdə tutulur. Şəhər rəhbərliyi ötən onilliyin əvvəllərində şəhərdəki tıxac problemini həll etmək üçün bu nəqliyyat növündən imtina etmişdi. Komitənin sədri Abbas Ələsgərov deyir ki, variantlar ABŞ, Avstriya, İspaniya və digər ölkələrin təcrübəsi əsasında, tenderlə seçilib. "Hələ ki, heç bir variant seçilməyib. Onların hamısı müzakirə mərhələsindədir. Tramvay xətlərinin çəkilişi Nəqliyyat Nazirliyi və Bakı şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək", - Ələsgərov deyib. Layihənn özünü isə Bakı Dövlət Layihə İnstitutu Böyük Bakının regional inkişafı proqramı çərçivəsində hazırlayır. İnstitutdan "Novosti Azərbaycan"a bildiriblər ki, tramvay xətti Azneft meydanı tərəfdən Zığ şossesi istiqamətinə qədər sahil boyu gedəcək. Tramvaylar Ağ şəhər (Baku White City) ərazisindən də keçəcək. Cahangir Qocayevin sözlərinə görə isə layihənin hazırlanmasında şəhər nəqliyyatının ekoloji təmizliyi üçün Türkiyədən mütəxəssislər dəvət olunub. Qeyd olunan layihə çərçivəsində su taksisinin, metro stansiyası tikintisinin və piyada körpüsünün tikintisi nəzərdə tutulub. Piyada körpüsü Fəvvarələr bağı ilə "Baku City Mall" ticarət və əyləncə mərkəzini birləşdirəcək. 

 

Mənbə: Milli.Az

28 fevral 2014
GO BACK