Qadin.NET / "Meydanda can qoyan futbolçu varsa, o da Messidir"

"Meydanda can qoyan futbolçu varsa, o da Messidir"

 

"Barselona" klubunun yarımmüdafiəçisi Sesk Fabreqas komanda yoldaşıLionel Messi haqda danışıb.Qol.az-ın məlumatına görə, Fabreqas İspaniya mətbuatına açıqlamasında Messinin hər oyunda meydanda əlindən gələni etdiyini bildirib:

"Komandada heç kəs Messi haqda mənfi fikirlər söyləməyib. Hər oyunda meydanda can qoyan futbolçu varsa, o da Messidir. Onun yaxşı formada olduğunu düşünürəm. Messi dünyanın ən stabil oyun nümayiş etdirən futbolçularından biridir. Onun hər zaman "Barselona"da aparıcı rol oynayacağına şübhə etmirəm".

Mənbə: Milli.Az

 

28 fevral 2014
GO BACK