Rusiya hökuməti xarici vətəndaşların bəzi kateqoriyaları üçün ölkə vətəndaşlığına qəbul qaydalarını sadələşdirən qanun layihəsini qəbul edib. Bu barədə Trend cümə günü Rusiya Nazirlər Kabinetinin saytına istinadən məlumat verir.
Qanun layihəsinə əsasən, xarici sahibkarlar, investorlar və ya ixtisaslı mütəxəssislər, həmçinin Rusiyanın təhsil və elmi müəssisələrində peşəkar təhsil almış əcnəbilər Rusiya pasportunu sadələşdirilmiş qaydada əldə edə bilərlər.
Bununla belə, Rusiya diplomu olan və ixtisaslı əcnəbilərin Rusiyada 3 il iş stajı olmalıdır, xarici sahibkarlar isə ildə ən azı 10 milyon rubl mədaxili olan biznes fəaliyyəti göstərməlidirlər.
Hökumət sənədi qəbul edib və onu Dövlət Dumasına təqdim etmək qərarına gəlib.
mənbə: Milli.Az