Hamımız nə vaxtsa uşaq olmuşuq və valideynlərimiz məktəbdən yalnız əla qiymətlərlə geri dönməyi tələb ediblər. Kimdəsə bu alınıb, kimdəsə yox. İndi həmin hallar övladlarımızın başına gəlir. Uşaqları əlaçı olmağa vadar etmək olarmı? Mümkündürmü ki, uşaq bütün fənləri əla bilsin?
Milli.Az xəbər verir ki, bu məsələ ilə bağlı Day.Az saytı tanınmış müğənni Elariz Məmmədoğlunun fikirlərini öyrənib.
"Uşağı oxumağa vadar etmək nəinki lazımdır, hətta vacibdir! Əla qiymət isə uşağın bu işin öhdəsindən necə gəldiyinin göstəricisidir. Onları məcbur etmək lazımdır, çünki oxumağın nəyə görə olduğunu tam dərk eləmirlər. Elektron oyunlar oynamaq onlar üçün sözsüz ki, daha maraqlıdır. Böyüdükdən sonra anlayacaqlar ki, valideynlər onları nəyə görə məcbur edirdilər.
Bununla belə, uşağın başına vura-vura nəyisə əzbərlətmək olmaz. Ancaq uşaqlar dərs prosesində şıltaqlıq etsələr, yumşaq yerə bir-iki sillə vurmaq ziyan eləməz", - E.Məmmədoğlu deyib.
Mənbə: Milli.Az