Onun sözlərinə görə, hal-hazırda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaratdığı qrup paytaxtın S.Vurğun, R.Behbudov, K.Səfərəliyeva, R.Rza, Azərbaycan, Xəqani, Niyazi və digər küçələrində quraşdırılmış, dayanmanı, durmanı və parklanmanı qadağan edən nişanın təsir zonasında dayandırılan avtomobil sürücülərinə qarşı tədbirləri davam etdirir.
V.Əsədov qeyd edib ki, təkcə dünən gün ərzində əməkdaşlar tərəfindən 300-ə yaxın inzibati protokol tərtib edilib və bu gün də bu istiqamətdə tədbirlər davam etdirilir: "Hal-hazırda evakuatorların köməyi ilə 16 avtomobil müvəqqəti mühafizə olunan dayanacağa aparılıb və sürücüləri yanında olan avtomobillərə, xüsusilə taksi fəaliyyəti ilə məşğul olan 32 sürücüyə inzibati qaydada protokol tərtib edilib. Eləcə də patrul avtomobillərində olan cihaz vasitəsilə də 40-a yaxın avtomobil sürücüsü barəsində tədbir görülməsi üçün fotomaterial hazırlanaraq avtomobilin qabaq şüşəsinə yerləşdirilib. Bir daha avtomobil sahiblərini və sürücülərini nizam-intizama dəvət edirik".
Mənbə: Milli.Az