Qadin.NET / WhatsApp-ın aqibəti necə olacaq?

WhatsApp-ın aqibəti necə olacaq?

 

Bütün dünyada olduğu kimi, Azərbaycanda da smartfonlar üçün nəzərdə tutulmuş messencer proqramları arasında WhatsApp lider mövqeyə malikdir. Bu proqram əlavəsinin istifadəçilərinin sayı günbəgün artır.
Son dövrün ən popular və asan idarə olunan messenceri WhatsApp digər messencerlərdən fərqi nədir və Azərbaycanda nəyə görə daha çox ondan istifadə olunur?Milli.Az bildirir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün fikrincə, WhatsApp-ın rəqiblərlə müqayisədə populyarlığının başlıca səbəbləri onun asan idarəetməsi, habelə internetdən daha az "yararlanması"dır.
"WhatsApp-da bir neçə gün öncə problem müşahidə etmişdik. Amma mənə elə gəlir ki, messencer bununla heç bir şey itirmədi, çünki bu cür halları bir çox internet vasitələrində müşahidə etmək olar. Bu gün WhatsApp Azərbaycanın ən gündəmdə olan messenceridir. O, həm isitfadə cəhətdən asan və həmçinin az kontur apardığına görə bizim sakinlər üçün əlverişlidir.
Azərbaycanda mobil rabitə operatorlarının SMS xidmətləri ilə WhatsApp arasında rəqabətin gücləndiyini vurğulayan Osman Gündüz bir müddət sonra hətta SMS istifadəsinin minimuma enəcəyini də qeyd etdi.
"Hazırda bütün mobil rabitələr sözügedən messencerlə rəqabətdədir. Gələcəkdə elə bir şey təbliğ oluna bilər ki, artıq həmin mobil rabitələrə ehtiyac qalmasın. WhatsApp-la artıq hər şeyi bu gün də həll etmək mümkündür. Mobil rabitələr messencerləri, əsasən də WhatsApp-ı özlərinə düşmən bilirlər.Düşünün ki, bu gündə həmin messencerlər olmasaydı, bütün insanlar artıq məcbur qalıb mobil operatorlardan istifadə etmək və həmçinin onların sms vasitələrindən yararlanmalı olacaqdılar. Ümumiyyətlə, qeyd edim ki, indi bütün dünyada mobil operatorlar asossiasiyasında bu müzakirələr gedir.
Təxminən 10 ildən sonra insan cəmiyyətinin mobil operatorlara ehtiyac duymayacaqlar, onlara elə bir şey verəcəklər ki, telefon olacaq, amma içərisində hansısa bir sim karta ehtiac olmayacaq. Belə olarsa, mobil rabitə operatorlarının gəlirlərinin hansı sürətlə azalacığını təxminləmək çətin deyil. Ona görə də indi operatorlar problemi preventiv həllini tapmağa çalışırlar", - Osman Gündüz bildirib.
Mənbə: Milli.Az

 

28 fevral 2014
GO BACK