Qadin.NET / Hava haqqında - 28.02.2014

Hava haqqında - 28.02.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındabuludlu hava şəraiti üstünlük təşkil edəcəkdir, fasilələrlə yağıntı olacağı gözlənilir.Temperatur gecə 2-4°, gündüz 5-7° isti, Bakıda gecə 2-4°, gündüz 5-7° isti olacaq.Atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağıntı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-3°, dağlıq ərazilərdə 6-8° şaxta, gündüz 5-10° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir.Temperatur gecə 3-8°, gündüz 0-3° şaxta olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
bəzi yerlərdə yağıntı olacağı gözlənilir.

Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə yağıntı olacağı, qar yağacağı gözlənilir.Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti, dağlarda gecə 2-7°, yüksək dağlıq ərazilərdə 8-12° şaxta, gündüz 0-2° şaxta olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında bəzi yerlərdə yağıntı olacağı gözlənilir.Temperatur gecə 0-5°, gündüz 5-10° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağıntı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 3-5°, gündüz 5-10° isti, dağlarda gecə 0-2°, gündüz 2-4° isti olacaq.

 Tibbi-meteoroloji proqnoz
Fevralın 28-də Abşeron yarımadasında nisbətən qeyri-sabit hava şəraiti bəzi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, martın 1-2-də meteoroloji amillərin zəif və mülayim tərəddüdü, əsasən, əlverişlidir.

Mənbə: Milli.Az

28 fevral 2014
GO BACK