Qadin.NET / Jaguar-dan ilk super universal

Jaguar-dan ilk super universal

 

Britaniya şirkəti “Jaguar”a super universal “XFR-S Sportbrake”-in rəsmi şəkillərinin aləmə sızmasından sonra özünə gəlmək üçün cəmi 1 gün tələb olundu.

 

Sensasiya, demək olar ki, alınmadı, belə ki, texniki məlumatların sirri jurnalistlər tərəfindən yayıldı. Lakin “Jaguar” bir sıra detallarla bizi sevindirə bildi.
Milli.Az Auto.az-a istinadən bildirir ki, markanın tarixində ilk universal idman universalı həqiqətən sedan “XFR-S”-in platformasında hazırlanıb və ondan güc qurğusunu mənimsəyib. “XFR-S Sportbrake” 550 a.g. və 680 Nm fırlanma anı verən, mexaniki sıxıcı kompressoru olan 5-litrlik V8 mühərriki alıb.
Rodster “F-Type”-dan mənimsənilmiş 8-diapazonly avtomat “QuickShift” ilə birgə universal 100 km/saata 4.8 saniyəyə çatır, maksimal sürət isə 300 km/saatdır.
Lakin “Jaguar” mühəndisləri bir qədər tənzimləyiblər. İndi onun baqajının tutumu 1675 litrdir. Standart universal ilə müqayisədə asılqanın sərtliyi 30 faiz artıb. Bundan əlavə, elektron sistemlər, o cümlədən uyğun asılqan “Adaptive Dynamics” və elektron idarəolunan fəal differensial da dəyişdirilib.
Universal, həmçinin onun üçün məxsusi olaraq “Pirelli” mütəxəssisləri tərəfindən hazırlanmış şinləri olan 20-düymlük disklər və 380 millimetrlik diskləri olan əyləc mexanizmləri alıb.“Jaguar XFR-S Sportbrake” Cenevrə avtosalonunda debüt edir. Avropalı alıcılar onu aprelin 1-dən 99900 avro ödəməklə sifariş edə biləcəklər.
Qeyd edək ki, super-universalın əsas rəqibi olan “Audi RS6” Britaniyada 6000 avro ucuzdur.
Mənbə: Milli.Az

 

28 fevral 2014
GO BACK