Qadin.NET / Rus messencerə 10 milyon insan qoşuldu

Rus messencerə 10 milyon insan qoşuldu

 

Google Play tətbiqlər internet mağazasının statistikasına əsasən, 10 milyondan çox istifadəçi Telegram messencerinin Android əməliyyat sistemi üçün versiyasını yükləyib.Bildirək ki, Telegram messenceri VKontakte sosial şəbəkəsinin rəhbəri Pavel Durovun rəhbərliyi ilə hazırlanıb.Milli.Az ICTnews-a istinadən bildirir ki, Durovun sözlərinə görə, Telegram messenceri vasitəsilə ötürülən məlumatlar üçüncü şəxslər tərəfindən dinlənilmir. Messencerin bulud sistemindən istifadə etməsi mesajı bir neçə qurğudan ötürməyə imkan verir.
Telegram messencerinin Apple iOS əməliyyat sistemi üçün versiyası 2013-cü ilin avqustunda AppStore onlayn mağazasında yükləmə üçün əlçatan olub.
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK