Qadin.NET / Kompüterlər mobil cihazlara uduzur

Kompüterlər mobil cihazlara uduzur

 

Fərdi kompüterlərin (FK) satış həcminin azalması mobil qurğuların populyarlığının artması ilə bağlıdır. Bəzi ölkələrdə insanlar internetə çıxış üçün daha çox mobil cihazlardan istifadə edirlər.Nielsen tədqiqat firmasının məlumatına görə, 2013-cü ilin dekabrında orta statistik amerikalı istifadəçi FK ilə internetdə 27 saat vaxt keçirib, halbuki smartfon və planşetlə iş müddəti 34,5 saat təşkil edib.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Böyük Britaniyada mobil istifadəçilərin orta aylıq aktivliyi 41 saat 42 dəqiqə olub, masaüstü FK isə 29 saat 14 dəqiqə ərzində internet-sörfinq üçün istifadə olunub. İtaliyada bu göstəricilər müvafiq olaraq 37 saat 12 dəqiqə və 18 saat 7 dəqiqə təşkil edib.
Hesabata əsasən, amerikalılar ötən ilin dekabrında televizor izləməyə 185 saat, italiyalılar 143 saat 20 dəqiqə, britaniyalılar isə 130 saat vaxt sərf ediblər.
Mənbə: Milli.Az

 

28 fevral 2014
GO BACK