Qadin.NET / Ukraynanın müvəqqəti prezidenti Krıma gedir

Ukraynanın müvəqqəti prezidenti Krıma gedir

 

Ukrayna Ali Radasının sədri, prezident səlahiyyətlərinin icraçısı Aleksandr Turçinov Krım Muxtar Respublikasına səfər edəcək. 

 

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın NATO yanında səfiri İqor Dolqov deyib. O, problemin sülh yolu həlli üçün imkanlar olduğunu bildirib: “Vəziyyətin dinc yolla həlli ilə bağlı bizə ümid verən addımlar var. Hazırda əsas məsələ silahlı toqquşmalardan qaçmaqdır”.Xatırladaq ki, fevralın 27-nə keçən gecə 100-ə yaxın naməlum silahlı şəxs Simferopolda Krım parlamentinin və Nazirlər Kabinetinin binalarını zəbt edib. 
Mənbə: Milli.Az

 

28 fevral 2014
GO BACK