Rusiyanın müvəqqəti işlər vəkili Andrey Vorobyov Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb və ona Ukraynadakı son hadisələrlə, eləcə də Rusiyanın Qara dəniz Donanmasının bölmələrinin dislokasiya olunduğu ərazidən kənara hərəkət etməsi ilə bağlı nota təqdim edilib. Trend-in məlumatına görə, bu barədə "İnterfaks" agentliyi Ukrayna XİN-ə istinadən xəbər yayıb.
Bu gün A.Vorobyova 1997-ci il mayın 31-də Ukrayna ilə Rusiya arsında "Dostluq, əməkdaşlıq və tərəfdaşlıq haqqında" müqavilənin 7-ci maddəsinə uyğun olaraq təcili ikitərəfli məsləhətləşmələrin keçirilməsi üzrə nota, eləcə də Ukrayna ərazisində müvəqqəti yerləşdirilmiş Rusiyanın Qara dəniz Donanmasının hərbi bölmələrinin dislokasiyadan kənar hərəkətlərdən çəkinməsi xahişi ilə nota təqdim edilib.
Notada deyilir: "1994-cü il 5 dekabr tarixli Budapeşt Memorandumuna görə qarant ölkə kimi Rusiya Federasiyasının Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyi götürdüyü ayrıca qeyd edilib".
Mənbə: Milli.Az