Qadin.NET / Tağı Əhmədov işdən çıxarıldı

Tağı Əhmədov işdən çıxarıldı

 

Azərbaycan prezidenti İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.Milli.Az APA-ya istinadən bildirir ki, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) yaradılıb.
Prezidentin digər sərəncamı ilə Zaur Hüseynov “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Qeyd edək ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov idi.
Mənbə: Milli.Az
27 fevral 2014
GO BACK