Qadin.NET / Viber-dən WhatsApp-a ağır zərbə

Viber-dən WhatsApp-a ağır zərbə

 

WhatsApp messencerinin əsas rəqibi sayılan Viber Messencer Nokia şirkəti ilə əməkdaşlığa başlayıb. Milli.Az Day.Az saytına istinadən bildirir ki, pulsuz zəng imkanı yaradan proqramı indi "Nokia X" proqramlarında da istifadə etmək mümkün olacaq. 

"Bu, strateji əməkdaşlıqdır. Bunun sayəsində Nokia istifadəçiləri pulsuz mesajlar göndərə və pulsuz zənglər edə biləcəklər. Bundan əlavə, Vider-in digər funksiyalarından da istifadə etmək mümkün olacaq. Nokia ilə əməkdaşlıq proqramdan bütün platformalarda, o cümlədən Windows Phone və S40-da istifadə etmək mümkün olacaq", - Viber-in təsisçisi Talmon Marko bildirib.
Nokia X istifadəçiləri yaxın zamanlarda bu proqramdan istifadə edə biləcəklər. 
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK