Qadin.NET / Eviniz və torpağınız sənədlidirmi?

Eviniz və torpağınız sənədlidirmi?

 

Ölkəmizdə insanlar evlərinin sənədli və ya sənədsiz olmasından narahatlıq keçirirlərmi? Bu sualın cavabını tapmaq üçün Milli.Az fevral ayının əvvəllərindən etibarən İnternet sorğu keçirib. "Eviniz və torpağınız sənədlidirmi?" sualı ilə başlayan sorğuda iştirak edən 3893 nəfər oxucu öz rəyini bildirib. Respondertlərin 34 faizi - daha doğrusu, 1324 nəfər evinin sənədli olduğunu bildirib. "Evim var ki, sənədi də olsun..." cavabına səs verənlər ikinci yeri tutublar. Respondentlərin 19%-i - yəni 733 nəfər evinin olmadığını deyib. Sorğuda iştirak edənlərin 14%-i (543 nəfər) evinin sənədsiz olduğunu qeyd edib. 

"Sənədə ehtiyac duymuram" deyənlər 1 % (28 nəfər), "Bələdiyyədən sənəd almışam" deyənlər 3 % (130 nəfər), ""Kupça" ala bilmirəm"  deyənlər 12 % (480 nəfər), "Qonşularımın da evi sənədli deyil" deyənlər isə 2 % (91 nəfər) olub. 
Sorğu nəticəsində məlum olub ki, evə necə sənəd almaq gərəkdiyini bilməyənlər də var. Çünki respondentlərin 564 nəfəri (14%) "Almaq istərdim, amma necə?" variantını seçib.

Mənbə: Milli.Az

27 fevral 2014
GO BACK