Qadin.NET / Kainatda Yerə bənzər yüzlərlə planet tapıldı

Kainatda Yerə bənzər yüzlərlə planet tapıldı

 

NASA-nın astronomları növbəti sensasion kəşf ortaya qoyublar. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, "Kepler" teleskopu ilə müşahidə aparan alimlər Günəş sistemindən kənarda, 305 ulduzun ətrafında fırlanan 715 planet aşkarlayıblar. 

Məlumata əsasən, onlardan dördünün həcmi Yerin həcmindən 2,5 dəfə çoxdur. Bu planetlər öz ulduzları ətrafında həyatın mümkün ola biləcəyi qədər məsafədə dövr edirlər. Alimlər hesab edirlər ki, onların bəzilərində Yer planetində olduğu kimi həyat şərtləri var. 
Kəşfin daha bir maraqlı cəhəti ondan ibarətdir ki, yeni aşkar olunmuş planetlərin 90%-i Günəş sistemindəki Neptundan kiçikdir. 

Mənbə: Milli.Az

27 fevral 2014
GO BACK