Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 1-i gündüzə kimi davam edəcək. Martın 1-də gündüz yağıntılar tədricən kəsiləcək. Martın 2-də hava yağmursuz olacaq, temperaturlar isə nisbətən yüksəlməyə başlayacaq.
A.Verdiyev deyib ki, fevralın 28-də Bakıda və Abşeron yarımadasında bululdlu hava şəraiti üstünlük təşkil edəcək, hava fasilələrlə yağıntılı olacaq. Şimal küləyi əsəcək.Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 5-7 dərəcə isti proqnozlaşdırılır.
Azərbaycanın rayonlarında da fevralın 28-də hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. Dağlarda temperaturun gecə 8 dərəcə şaxta gündüz 0-3 dərəcə şaxta olacağı proznozlaşdırılır.
Mənbə: Milli.Az