Qadin.NET / Azərbaycan moda müsabiqəsində birinci oldu

Azərbaycan moda müsabiqəsində birinci oldu

 

Rumıniyanın Timisoara şəhərində keçirilən “İlin paltarı - 2014” müsabiqəsi başa çatıb. Müsabiqədə ölkəmizi Azərbaycan Moda Assosiasiyasından olan nümayəndə heyəti təmsil edib.

Milli.Az Azvision.az-a istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində Azərbaycan Moda Assosiasiyasının (AMA) prezidenti Zamir Hüseynov, AMA Vizaj departamentinin sədri Fatimə Əkbərova və 3 modelyer xanım - Nərmin, Aytən, Aygün ölkəmizi təmsil ediblər. Bu barədə Azvision.Az-a açıqlamasında Azərbaycan Moda Assosiasiyasının Vizaj departamentinin sədri Fatimə Əkbərova məlumat verib.
F.Əkbərovanın sözlərinə görə, 12 ölkənin iştirak etdiyi beynəlxalq müsabiqədə azərbaycanlı modelyerin paltarı “İlin paltarı” adına layiq görülüb.Müsabiqənin nəticələrinə görə, 1-ci yerə Azərbaycan, 2-ci yerə Qazaxıstan, 3-cü yerə isə Rusiyadan olan modelyer layiq görülüb.
Bununla yanaşı, Fatimə Əkbərova ənənəvi müsabiqədə beynəlxalq dərəcəli “moda və vizaj hakimi” kateqoriyasına layiq görülərək diplomla təltif olunub. Qeyd edək ki, “moda və vizaj hakimi” olaraq Fatimə Əkbərova bundan sonra moda və vizaja aid bütün tədbirlərdə, yarışma və master-klasslarda hakim kimi iştirak etmək hüquq əldə edib.
Fatimə Əkbərova 2004-cü ildə Fransada keçirilən “"Beauty of the World -2004”, İtaliyada keçirilən "Beauty of the World -2007” müsabiqələrinin də qalibi olub. 2010-cu ildə Çində keçirilən “World beauty congress” də isə Azərbaycanı münsiflər heyətinin üzvü olaraq təmsil edib. 
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK