Qadin.NET / Bu ölkədə qadın olmaq dərddir

Bu ölkədə qadın olmaq dərddir

 

Norveçdə aparılmış tədqiqatın nəticələri ölkənin hakimiyyət dairələri ilə yanaşı, medianı da şoka salıb.Milli.Az DHA-ya istinadən bildirir ki, ədliyyə naziri Anders Anundsen, səhiyyə naziriBendt Höye, uşaqlara qayğı və sosial bərabərlik naziri Solveyq Hornun birgə açıqladıqları hesabata görə, Norveçdə hər 10 qadından biri təcavüzə uğrayaraq zorlanıb.
Norveç Milli Məişət Zorakılığı və Travmatik Stress Tədqiqatları Mərkəzi (Nasjonalt Kunnskapssenter om Vold og Traumatisk Stress, NKVTS) tərəfindən aparılmış tədqiqatın nəticələrini şərh edərkən ədliyyə naziri Anders Anundsen deyib: "Xəstəxanalarda aparılan diaqnostikalar və müayinələrin nəticələri də ölkəmizdə hər 10 qadından birinin təcavüzə uğradığını göstərir. 
Zorlanan hər 3 qadından biri məruz qaldığı vəhşiliyi gizlətdiyi, demədiyi üçün bu barədə məlumatlar əldə etmək çətindir. Təcavüzə uğramış qadınlar bu barədə ailə üzvlərinə, yaxınlarına, dostlarına danışmaq istəmirlər. Tədqiqat müalicələr, polisə şikayətlər və psixoloji dəstək-reabilitasiya üçün müraciətlər və s. nəzərə alınaraq aparılıb".
Tədqiqatın nəticələrinə görə, Norveçdə təcavüzə məruz qalmış hər 10 qadından 4-ü olay nəticəsində şikəst qalmaqdan, ölməkdən qorxduqlarını deyib. Hər 10 qadından 3-ü fiziki travma aldıqlarını sböyləyibdər.
Zorlanmış norveçli qadınların 9 faizi müalicə üçün müraciət etsələr də, 29 faizi başlarına gələnlər barədə kimsəyə deməyib.
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK