Qadin.NET / Maydan erməni naziri istəmir

Maydan erməni naziri istəmir

 

APA-nın “Ukrainskaya pravda”ya istinadən verdiyi məlumata görə, daxili işlər naziri vəzifəsinə hazırda nazir səlahiyyətlərini icra edən Arsen Avakovun namizədliyi etirazlara səbəb olub.

Maydanın özünümüdafiə qüvvələrinin rəhbərlərindən olan Vladimir Parasyukhökumətin tərkibi elan olunduqdan sonra tribunaya çıxaraq ölkədə sabitlik yaranana qədər Maydanın dağılışmayacağını bəyan edib və siyasətçilərə etirazını bildirib: “Mən səhnə arxasında dayanmışdım və onların (siyasətçilərin) buradakı davranışlarına sizlərin reaksiyasını eşidirdim. Bu, əsl klounluq idi. Bəzi insanlar bir neçə gün əvvəl dedilər ki, Maydan dağılışmalıdır. Lakin Maydan dağılmayacaq. Biz nəzarət orqanı olacağıq, qoy onlar bilsinlər ki, bizi satsalar, onların hər birinin yaxasına yapışacağıq ki, bizim uşaqlar – Ukraynanın qəhrəmanları - nəyin uğrunda həlak oldular?! Biz hamımız anlayırıq ki, ölkədə qayda-qanun yaratmaq lazımdır, ölkəyə hökumət lazımdır. Lakin baxın görün nə baş verir: yeni hökumətdə ləyaqətli insanlarla yanaşı, o vəzifələrə layiq olmayanlar da var”. 
V.Parasyuk A.Avakovun namizədliyi ilə bağlı bunları söyləyib: “Düzünü deyim ki, mən Avakovun hazırda daxili işlər naziri olduğunu bilmirdim. Mən Ukrayna vətəndaşı olaraq buna yol vermərəm. Vicdanım yol verməz. Bizim qardaşlarımız həlak olublar. Avakov ilk gündən bütün cinayətkarları yaxalamalı idi. Mən onun əleyhinəyəm. Siyasətçilərin önündə hələ bir gecə var, qoy düşünüb qərar versinlər. Daxili işlər naziri vəzifəsinə layiq olan bir çox insan var”. 
Daha sonra keçmiş deputat Stepan Xmara söz alıb və A.Avakovun namizədliyini əleyhinə çıxıb. Bundan sonra meydana toplaşanlar “Yarema!” deyə qışqırıblar. Onlar daxili işlər naziri vəzifəsinə “Batkivşina”nın deputatı, keçmiş milis generalıVitali Yaremanın təyin olunmasını tələb ediblər.
Qeyd edək ki, Arsen Avakov Bakıda doğulub və milliyyətcə ermənidir. Yeni hökumətin tərkibi bu gün Ali Rada tərəfindən təsdiqlənməlidir. 

Mənbə: Milli.Az

27 fevral 2014
GO BACK