İnstitutdan Tred-ə verilən məlumata görə, müsabiqənin məqsədi interaktiv lövhə vasitəsi ilə yeni təlim metod və formalarının tətbiqi, tədris prosesində yeni informasiya və interaktiv texnologiyaları fəal tətbiq edən təşəbbüskar müəllimlər icmasının inkişafı, interaktiv avadanlıqla bağlı innovativ pedaqoji təcrübənin geniş yayılması və onun müəllimlərin gündəlik fəaliyyətində tətbiqi, pedaqoji kadrların interaktiv tədris sahəsində peşəkarlıqlarının artırılmasıdır.
Müsabiqədə məktəbəqədər, orta, peşə ixtisası, ali, əlavə və inklüziv təhsil üzrə müəllim və mütəxəssislər, bütün növ təhsil müəssisələrində çalışan mütəxəssislər, tələbələr iştirak edə bilərlər. Layihələr bütün fənlər üzrə qəbul olunur.
Müsabiqəyə istənilən dərs mövzusu (fənn) üzrə fəal təlim metodları və interaktiv avadanlıqlardan istifadə edilərək qurulan dərsin rəqəmsal layihəsi təqdim oluna bilər. Müsabiqəyə 1 mart 2014-cü il tarixində start verilir.
Müsabiqənin finalı və qaliblərin mükafatlandırılması 6 may 2014-cü il tarixində - "İnteraktiv texnologiyalar və müasir təhsil - 2014" elmi-praktik konfransının işi zamanı keçiriləcək.
Mənbə: Milli.Az