Ukrayna Ali Radasının prezident vəzifəsindən məhrum etdiyi Viktor Yanukoviçbeynəlxalq axtarışa verilib.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu baş prokuror səlahiyyətlərini icra edən Oleq Maxnitski deyib.O, qeyd edib ki, bu məsələ ilə bağlı ayrıca operativ-istintaq qrupu məşğul olur.Hazırda V.Yanukoviçin harada olduğu məlum deyil.
Mənbə: Milli.Az