Növbəti eksklüziv sedan “BMW M5” kanada atelyesi “SR Auto Group”-un emalatxanasından nadir “Hamann” banında çıxdı Kanadalıların qarajında dəbli aksessuarlarlar quraşdırılmış alman tüninq ustalarının bodi-kiti “yüklənmiş” avtomobilə daha təcavüzkar və idmansayağı görünməyə imkan verib.Milli.Az Auto.az-a istinadən bildirir ki, əsas diqqət xarici görünüşə ayrılsa da, 4-qapılı sportkupe təkcə kosmetik deyil, həm də texniki cəhətdən tamamlanıb. Tünerin məlumatına görə, şəkildə təqdim edilmiş avtomobil bütün Qərbi Kanadada ən nadir M5-dir.Aerodinamik asma avtomobilin banına üç böyük kəsikli havaçıxıntısı və diodlu hərəkət işıqları olan yeni qabaq bamper, geniş təkər arkaları olan yan ətəklər, arxa şüşədə deflektor, baqaj qapağında spoyler və diffuzoru olan arxa bamper əlavə edib.
Xarici görünüşdə qabaq işıqların kənarlarını dəyişmiş “kirpiklər”, qabaq qanadlarda karbon əlavəli “qəlsəmələr” və arxa qapılarda əlavələr görmək olar.“H&R” yayları ilə sedanın asılqanını aşağı salmaqla tünerlər ona aşağıprofilli şinləri olan ikirəngli 21-düymlük “PUR LX09” disklərini “geyindiriblər”.
Mənbə: Milli.Az