Qadin.NET / WhatsApp-la bağlı 5 vacib səbəb

WhatsApp-la bağlı 5 vacib səbəb

 

Son günlər texnologiya dünyasında ən çox əks-səda doğuran müzakirə mövzularından biri Facebook-un WhatsApp messencerini satın alması oldu. Gözlənilməz qərara hər kəs bir don geyindirməyə çalışdı. Ekspertlər və analitiklər isə məsələyə daha peşəkar prizmadan baxaraq konkret faktlarla İT sənayesinin ən bahalı alqı-satqılarından birini şərh etməyə çalışdılar. Beləliklə, kifayət qədər tutarlı faktlara söykənən ekspert analizlərini təqdim edirik.Milli.Az ICTnews-a istinadən bildirir ki, hələ ötən il TechCrunch texnobloqunun jurnalistləri tərəfindən hazırlanmış infoqrafikaya əsasən, İspaniyada WhatsApp messencerindən istifadə göstəricisi 97%, İtaliyada 54%, Niderlandda 83% və İsveçrədə 69% olub. Yazışma üçün Facebook Messengerdən aktiv istifadə edən iPhone sahiblərinin payı isə bu ölkələrin əksəriyyətində olduqca aşağıdır. 
1. Facebookun yeni istifadəçilərə və bazarlara kəskin ehtiyacı var
Göründüyü kimi, Facebookun yeni istifadəçilərə kəskin ehtiyacı var. Digər bir tərəfdən isə Facebook-un artıq WhatsApp messencerinin artım sürətinə çatmaq imkanı yox idi.
2. WhatsApp yeni auditoriya cəlb edilməsi üzrə sosial şəbəkə və messencerlər arasında rekordçudur
9 ay bundan əvvəl proqramdan müntəzəm olaraq 200 milyon insan istifadə edib. Bu yaxınlarda şirkətin açıqladığı yeni göstəriciyə əsasən, onun auditoriyası 450 milyon aktiv istifadəçi təşkil edir. 
Bu halda tətbiq vasitəsilə yüz milyonlarla istifadəçisi ünsiyyət saxlayır. Hələ ötən ilin iyununda şirkət 24 saat ərzində göndərilmiş mesajların sayının 27 milyard olduğunu açıqlamışdı. 2012-ci ilin dekabrında isə bu göstərici 18 milyard dollar təşkil edib.
 3. Facebook satın almasa idi, başqa rəqib bunu edəcəkdi
2013-cü ildə yayılmış şayiələrə görə, Google şirkəti messenceri satın almaq istəyirdi. Hətta sazişin dəyəri 1 milyard dollar olacağı fikirləri də səslənirdi. 
The Information texnologiya bloqu yazır ki, WhatsApp satınalma haqqında təklif aldığı təqdirdə internet nəhənginə bu barədə verdiyi məlumat müqabilində Google ödəyəcəkdi. Buna baxmayaraq, WhatsAppin yaradıcıları bu sazişdən imtina ediblər. Lakin üstündən bir neçə ay keçir və messencer Googleun rəqibi Facebook satılır.
4. O, ən universal mobil messencerdir 
WhatsApp vasitəsilə ünsiyyət üçün tətbiq, demək olar ki, bütün platformalar üçün mövcuddur. Şirkət iOS, Android, Windows Phone, BlackBerry, Nokia S40/Asha və Symbian əməliyyat sistemlərindən istifadə edənlər üçün əlçatandır.Yalnız tətbiqin brauzer və ya masaüstü əməliyyat sistemləri üçün müştərisi yoxdur.
5. WhatsAppı almaq - Mark Zukerberqin interneti planetdə 5 milyard insan üçün əlçatan etmək üzrə planın bir hissəsidir  
Ötən il Mark Zukerberq interneti və müasir kommunikasiya vasitələrini planetdə 5 milyard insan üçün əlçatan etmək planını açıqlamışdı. Internet.org təşkilatının təşəbbüsünə Facebook-dan başqa Nokia, Opera, Samsung, Qualcomm və başqa şirkətlər qoşulmuşdu.
WhatsApp messencerinin inkişaf etməkdə olan bazarlardakı uğuru göstərir ki, bu cür messencer yaşayış səviyyəsindən asılı olmayaraq, insanlar arasında əlaqə yaratmağın ən yaxşı üsullarından biridir.
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK