Kasperski Laboratoriyası antivirus şirkəti öz həmkarlarının tədqiqatlarını təsdiqləyib: Android platforması kiberhücumlar üçün ən populyar mobil əməliyyat sistemidir. Mobil zərərli proqram təminatının 98 faizi məhz bu platforma üçün nəzərdə tutulub.Milli.Az ICTnews-a istinadən bildirir ki, kompüter təhlükəsizliyi sahəsində mütəxəssislər 2013-cü ildə smartfon və planşetlər üçün 143 mindən çox yeni virus modifikasiyası hesablayıb. Zərərli proqramların 98,05 faizi Android, 1,55 faizi J2ME, 0,27 faizi Symbian platforması üçün nəzərdə tutulub. iOS daxil olmaqla, başqa sistemlərin payı 0,13 faiz təşkil edib.Antireytinqdə birinci yerdə Rusiya, sonrakı yerlərdə Hindistan, Vyetnam, Ukrayna və Böyük Britaniya yerləşib.
Mənbə: Milli.Az