Qadin.NET / Lionel Messini siyasətə alət etdilər

Lionel Messini siyasətə alət etdilər

 

İspaniyanın "Barselona" klubunun argentinalı ulduzu Lionel Messi özü də bilmədən siyasi aksiyaya qatılıb.Milli.Az El Mundo Deportivo-ya istinadən bildirir ki, o, təsadüfən kolumbiyalı siyasətçi Xorxe Salinasın seçkiqabağı kampaniyasının "təbliğatçı"sı olub.Martın 9-da Kolumbiya konqresinə keçiriləcək seçkilərə qatılan və "Cambio Radical" ("Radikal dəyişikliklər") hərəkatını təmsil edən X.Salinasın seçki qərargahı L.Messinin fotosunu montaj edərək belə görüntü yaradıb.X.Salinas Kolumbiyada solçu "Cámara de Colombia" ("Kolumbiya Evi") seçki blokunun namizədidir."Bu fotonun yayıldığını görən kimi Lionel Messidən və "Barselona"dan qiyabi şəkildə üzr istədim. Seçki qərargahıma da tapşırdım ki, o plakatı yığışdırsınlar. Baş verənlər yanlışlıqdı", - Xorxe Salinas deyib.Fransanın "Monako" klubunun ulduzu, kolumbiyalı Radamel Falkaonun fotosundan da seçkiqabağı məqsədlərdə istifadə olunub. Belə fotomontajı sifariş vermiş namizəd Xorxe Franko da üzərində Falkaonun şəkilləri olan plakatların yığışdırılmasına göstəriş verdiyini deyib.
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK