Qadin.NET / Qadınlar Apple, kişilər Samsung seçir

Qadınlar Apple, kişilər Samsung seçir

 

CNET nəşri yazır ki, KS Mobilein sifarişi üzrə keçirilmiş tədqiqata əsasən, ABŞ-da qadınlar Apple, kişilər isə Samsung şirkətinin mobil məhsullarına üstünlük verirlər.Milli.Az ICTnews-a istinadən bildirir ki, rəyi soruşulmuş amerikalıların 45 faizi deyib ki, Apple onların sevimli mobil məhsul istehsalçısıdır. iPhone istehsalçısı ABŞ-da sorğunun keçirildiyi hər bir regionda qələbə qazanıb.40-49 yaşlı respondentlər yeganə istisna olublar: onlar Samsungun məhsullarına üstünlük veriblər.Amerikalıların 33 faizi mobil qurğuların sevimli istehsalçısı kimi Samsung şirkətini qeyd ediblər.Ümumi reytinqdə ABŞ sakinlərinin sevimli brendi Apple (39%) olub. İkinci yerdə Samsung qərarlaşıb.Respondentlərin 25 faizi deyib ki, onların üstünlük verdiyi mobil brend yoxdur.
Mənbə: Milli.Az
 

 

27 fevral 2014
GO BACK