Qadin.NET / 15 il qaldı...

15 il qaldı...

 

2029-cu ilədək kompüterlər insan dilini öyrənəcək və intellekt cəhətdən insanlardan daha ağıllı olacaq. Googleun texniki direktoru vəzifəsində çalışan məşhur futuroloq Reymond Kursveylin bəyanatına istinad etmiş The Independent nəşri yazıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, uzun müddətdir süni intellektin yaradılması problemi ilə məşğul olan Kursveyl deyib ki, onun qiymətləndirməsinə görə, kompüterlər 15 il sonra intellekt səviyyəsinə görə insanla bərabər olan Türinq testini keçmək bacarığına malik ola biləcəklər. Futuroloq deyib ki, Apple və ya Googleun səs köməkçisini xatırlasaq, onun proqnozu heç də gözlənilməz səslənmir.
Adı çəkilən korporasiyaların böyük resurslarını və vəsaitlərini nəzərə alaraq, süni intellektə malik olan robotların yaranmasını təsəvvür etmək heç də çətin deyil. Hətta robotların insan hisslərini hiss etməsi tamamilə real səslənir.
Reymond Kursveyl nitqin tanınması sistemlərinin yaradıcısı kimi tanınır. Bundan əvvəl onun futuroloji proqnozları artıq həyata keçib. Belə ki, 1990-cı ildə demişdi ki, kompüter 1998-ci ilədək şahmat üzrə dünya çempionuna qalib gələcək. 1997-ci ildə Harri Kasparov Deep kompüteri ilə keçirilmiş oyunda məğlub olub.
Mənbə: Milli.Az

 

27 fevral 2014
GO BACK