Qadin.NET / "Seyyid", "Mir", "Ağa" sözlərinin mənası nədir?

"Seyyid", "Mir", "Ağa" sözlərinin mənası nədir?

 

Milli.Az İslam.az-a istinadən bildirir ki, hər üç söz hörmət məqsədi ilə seyidlərin adının əvvəlinə əlavə edilir. “Ağa” sözünün mənası aydındır. “Seyyid” sözü də ərəbcə təxminən eyni mənanı verir (ağa, başçı). “Mir” sözü “əmir” sözünün qısaldılmış formasıdır və “əmr sahibi, rəhbər, başçı” mənasını ifadə edir. Adətən, seyidin əsil adına uyğun olaraq (adın hecalarının sayına görə və ya adla həmahəng olmaq baxımından) bu sözlərin arasından ən çox dilə yatanını seçib onun əvvəlinə əlavə edirlər. Məsələn, Mir Kazım, Seyid Əkbər, Ağa Kərim və s.
Mənbə: Milli.Az
 

 

27 fevral 2014
GO BACK