Bu ilin ilk ayında Bakı şəhərinin əksər rayonları üzrə qiymət artımı müşahidə olunmasına baxmayaraq, Xətai, Abşeron, Qaradağ və Sabunçu rayonlarında qiymət azalması müşahidə olunub. Qeyd edək ki, ötən ilin dekabr ayında bu rayonlarda qiymət artımı qeydə alınıb. Ən çox qiymət azalması mərkəzdən kənar rayonlarda qeydə alınıb.Hazırda torpaq bazarında ən aktiv rayonlar Nəsimi, Yasamal, Nərimanov rayonları, ən passiv rayon isə Sabunçu və Qaradağ rayonlarıdır. Ötən ay torpaq bazarında aktivlik şəhərin III və IV zonalarında artıb. Qiymətlərin və torpağa olan tələbin artması təklif portfelinin həcmində son ay azalması ilə müşahidə olunub.Təklifin həcmi II-IV zonalarda artım, III zonada isə azalma ilə müşahidə olunub. Zonalar üzrə qiymətlər aktivliyə uyğun olaraq müxtəlif templə dəyişib, qeyri-mövsümi aylarda olduğu kimi, IV zona istisna olmaqla, qalan üç zonada torpaq sahələrində qiymətlərin artımı müşahidə edilib.
Zonalar |
Dekabr, 2013 ($/sot) |
Yanvar, 2014 ($/sot) |
Orta qiymət dəyişməsi, % |
I zona |
263 452 |
264 102 |
0,25 |
II zona |
149 556 |
152 627 |
2,05 |
III zona |
30 505 |
35 985 |
17,96 |
IV zona |
5 581 |
5 212 |
-6,61 |
Ay ərzində torpaq bazarına təklif olunan ümumi 631 ədəd torpaq sahəsinin 90%-i boş sahə, qalanı isə qeyri-yaşayış sahələri və köhnə yaşayış sahələri təşkil edib. Yeni tikililərin salındığı torpaq sahələrinin 20,1%-i köhnə yararsız evlərin sökülməsi, 5,5%-i keçmiş sənaye və məişət obyektlərinin yerləşdiyi torpaqlarda, qalan hissəsi isə yeni torpaqların alınması hesabına aparılıb. Təklif portfelində torpaq sahələrinin orta sahəsi 52,04% artaraq 40,3 sot/sahə təşkil edib. Ay ərzində torpaq bazarında təklif portfelinin həcminin azalması demək olar ki, şəhərin bütün hissələrində müşahidə edilib. Bazarda təklifin azalması təbii ki, satışın həcminin alıcıların gözləmə mövqeyinə üstünlük vermələri ilə bağlı olub.
Bu ilin yanvar ayı ərzində Bakı şəhəri torpaq bazarında orta qiymətlər artımla yadda qalıb. Qiymət indeksi ay ərzində 2,35% artaraq 8,832 səviyyəsində qərarlaşıb, 1 sot torpağın orta qiyməti də müvafiq olaraq artaraq 17 646 dollara çatıb. Tələb isə müxtəlif templə də olsa, əksər rayonlarda artımla seçilib və nəticədə fərdi tikintinin artması bazarda təklifin sayına da təsir göstərib.
Ümumən, təklifin qıtlığı şəhərin mərkəzi ərazisində davam edir. Bu vəziyyət isə şəhərin mərkəzində boş torpaq sahələrinin azalması və söküntü işlərinin həcminin artması ilə izah olunur. Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nəsimi rayonunda (350 000 dollar/sot), ən ucuz torpaq sahəsi isə Abşeron rayonu, Masazır qəsəbəsində (383 dollar/sot) qeydə alınıb.
Mənbə: Milli.Az