Bu qış hava şəraitinin nisbətən mülayim keçməsi, xüsusilə də Mərkəzi Aran bölgəsində yağıntıların az olması taxıl sahələrində məhsuldarlığa mənfi təsir göstərə bilər. Milli.Az El TV-yə istinadən xəbər verir ki, "Aqro" İnformasiya Mərkəzinin təlimatçısı Füzuli Yusibov bildirir ki, fermerlər bunu nəzərə alaraq, suvarma işlərinə xüsusi fikir verməlidirlər. Bu iş müvafiq normalar əsasında həyata keçirilməlidir: "Torpağın yerli şəraiti nəzərə alınmaqla nəmliyi yoxlanmalıdır. Suvarma aparılmalıdır. Əgər suvarma taxıllarda, tez-tez aparılarsa, bu, taxılların korlanmasına və məhsuldarlığın aşağı düşməsinə səbəb olur". Mütəxəssis, həmçinin deyir ki, yağıntılar az olanda zərərvericilərin taxıl sahələrinə ziyan vurma riski daha da artır. Buna görə də onlara qarşı mübarizə tədbirləri həyata keçirilməlidir.
Mənbə: Milli.Az