Qadin.NET / Kriştianu Ronaldu tam hazırdır

Kriştianu Ronaldu tam hazırdır

 

Kriştianu Ronaldu tam hazırdır
Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti ÇL-ın 1/8 final mərhələsində "Şalke" ilə qarşılaşacaqları oyunöncəsi açıqlama verib.Qol.az-ın məlumatına görə, italiyalı mütəxəssis ilk olaraq Kriştianu Ronaldunun durumu haqda məlumat verib:"Ronaldu oyuna çox yaxşı hazırlaşıb. Fiziki cəhətdən tam hazırdır".O, rəqib haqda da danışıb, "Şalke"nin güclü komanda olduğunu deyib: "Rəqibin Meyer, Draxler kimi gənc, Boatenq və Huntelar kimi təcrübəli ulduz futbolçuları var. Buna görə də bizi asan oyun gözləmir". Qeyd edək ki, Ançelotti ÇL-ın 2005/2006-cı il mövsümündə "Milan"da çalışarkən "Şalke"ni mübarizədən kənarlaşdırmağı bacarıb.

 

 

Mənbə: Milli.Az

26 fevral 2014
GO BACK