Qadin.NET / Məhəmməd Əli şoka saldı

Məhəmməd Əli şoka saldı

 

Əfsanəvi boksçu Məhəmməd Əli Twitter sosial şəbəkəsində ilk tvitini yazıb. TvitSonni Listonla dünya çempionu adı uğrunda döyüşün 50 illik yubileyinə həsr edilib.

 

"Mən Sonni Listona qarşı döyüşdə dünyanı şoka saldım. 50 il sonra isə bunu Twitter-lə etdim", - Əli öz mikrobloqunda yazıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Məhəmməd Əli peşəkar karyerasında 61 döyüş keçirib, onlardan 56-da qələbə qazanıb, 5-də məğlub olub. O, 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir.
Mənbə: Milli.Az

 

26 fevral 2014
GO BACK