Qadin.NET / Kirayə mənzil: problemdən necə qaçmalı?

Kirayə mənzil: problemdən necə qaçmalı?

 

"Azərbaycanda mənzil fondunun təqribən 10%-i qeyri-leqal yollarla kirayəyə verilir. Leqal kirayə verilən mənzillərin sayı isə daha azdır. Bu sahədə dəqiq statistik məlumat yoxdur". Milli.Az Day.Az saytına istinadən bildirir ki, bu barədə "Р­С…Рѕ" qəzetinə MBA consulting şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib. 

"Əgər icarədar öz mənzilini leqal formada kirayəyə verirsə, müqavilə imzalayır. İcarəyə götürən isə belə olan halda vergi ödəyir. Bu səbəbdən də, vətəndaşlar evləri qeyri-leqal icarəyə götürməyə üstünlük verirlər", - o əlavə edib. 
Ekspertin sözlərinə görə, leqal şəkildə icarə müqaviəsi imzalanarkən icarədar və icarəyə görürən özlərini xoşagəlməz hallardan sığorta eləyirlər. İcarəyə götürən mənzili bərbad hala sala bilər. İcarə müqaviləsinin olmadığı aşkara çıxanda isə icarədar məsuliyyət daşıyır. Bu səbəbdən, icarəni leqal şəkildə həyata keçirmək daha yaxşıdır. 
İbrahimov deyib ki, mənzili və ya obyekti icarəyə vermək üçün icarədar daşınmaz əmlak agentliyinə müraciət edərək müqaviləni müvafiq dövlət qurumunda qeydiyyatdan keçirməlidir. 
İqtisadi və sosial inkişaf mərkəzinin sədri Vüqar Bayramov isə deyib ki, son dövrlər mənzil bazarında icarələrin həcmi artıb. Daha çox qeyri-leqal icarələrdə aktivlik müşahidə olunur. 

Mənbə: Milli.Az

26 fevral 2014
GO BACK