Qadin.NET / Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif ediblər

Saakaşviliyə Ukraynada yüksək vəzifə təklif ediblər

 

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə yenidən yaradılacaq Ukrayna hökumətində yüksək vəzifə təklif ediblər. Milli.Az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, belə bir təklifi Saakaşviliyə Ukrayna müxalifəti verib. "Paradoksal təkliflər var idi. O cümlədən yüksək dövlət vəzifələri. Bu təkliflər həm ümumi, həm də təkbətək söhbətlər zamanı irəli sürülürdü", - Saakaşvili "Rustavi-2" telekanalına müsahibəsində deyib. "Mən onlara dedim ki, nə qədər ki, mübarizəmiz var, ürəyim burada - Ukraynadadır. Ancaq mənim varlığım Gürcüstana məxsusdur. Məsləhətlərimlə yardım edə bilərəm", - o əlavə edib. 

Mənbə: Milli.Az

 

26 fevral 2014
GO BACK