Qadin.NET / Hava haqqında - 26.02.2014

Hava haqqında - 26.02.2014

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasındahava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam havanın tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində yağıntılı olacağı ehtimalı var. Temperatur gecə 3-5°, gündüz 6-10° isti, Bakıda gecə 2-4°, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 768 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağıntı olacağı gözlənilir. Temperatur gecə 0-5° şaxta, bəzi yerlərdə 3°-dək isti, gündüz 10-15° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcəkdir. Axşam bəzi yerlərdə arabir yağıntı olacağı gözlənilir.Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 0-5° isti olacaqdır. 
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında axşama doğru bəzi yerlərdə havanın yağıntılı olacağı gözlənilir. Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 2-7°, dağlarda gecə 2-7° şaxta, gündüz 0-2° şaxta olacaq.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava gündüz, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 0-5°, gündüz 8-13° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir. Temperatur gecə 4-6°, gündüz 7-12° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2-7° isti olacaq. 

Mənbə: Milli.Az

26 fevral 2014
GO BACK