Facebook-un təsisçisi Mark Zükerberq WhatsApp messenceri barəsində danışıb. Milli.Az-ın Day.Az saytına istinadən məlumatına görə, o deyib ki, proqramın dəyəri 19 milyard dollardan qat-qat çoxdur. "Artıq yarım milyarda yaxın adam bu messencerdən istifadə edir. Bu, hələ başlanğıcdır. Mobil proqramların mövcudluğu ərzində ortaya çıxmış tətbiqetmələr arasında bizim ən çox diqqətimizi bu cəlb edib", - o əlavə edib. Qeyd edək ki, ekspertlər WhatsApp-a real dəyərində artıq qiymət verdiyini deyirdilər. Zükerberqin bu açıqlaması isə ekspertləri heyrətləndirib. Bəzi ekspertlər isə hesab edirlər ki, Facebook gözə çarpan internet şirkətləri sıradan çıxarmaq üçün bu cür addımlar atır ki, gələcəkdə rəqib olmasın. Qeyd edək ki, Zükerberq 2012-ci ildə İnstagram fotoservisini 700 milyon dollar ödəyərək almışdı.
Mənbə: Milli.Az